CƏMİYYƏT


Madriddə keçirilən beynəlxalq konfransın iştirakçıları Fransisko de Vitoriya Universitetində olublar

Madrid, 7 noyabr, AZƏRTAC

İspaniyanın Madrid şəhərində “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Fransisko de Vitoriya Universitetində olublar.

AZƏRTAC xəbər verir ki, universitetin müəllim-tələbə heyəti qarşısında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Madriddə “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə İspaniya hökumətinə minnətdarlığını ifadə edib.

Ölkəmizdəki tolerant və multikultural mühit barədə məlumat verən A.Paşazadə qeyd edib ki, Azərbaycan dindarları dünyanın heç bir yerində baş verən faciələrə, soyqırımlarına biganə qalmır, öz etirazlarını bildirirlər.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək bildirib ki, bu beynəlxalq konfransın əsas məqsədi dünyadakı dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təşviqinə nail olmaqdan ibarətdir. Vurğulayıb ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub.

Tədbir digər çıxışlarla davam edib.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.