İQTİSADİYYAT


Madridlilər Azərbaycana səyahət turları ilə tanış olurlar

Madrid, 16 mart, AZƏRTAC

Madrid bələdiyyəsi yaşı 60-dan çox olan insanların mədəni istirahəti üçün doqquz yeni istiqamət təklif edib. Bələdiyyənin buraxdığı son jurnalda yerli bələdçilərin də iştirakı ilə milli mədəniyyətlə tanışlıq üçün imkan olacaq. Yeni istiqamətlər arasında Azərbaycan ilə yanaşı, Pataqoniya, Şri-Lanka, Bali, Nepal, Kosta-Rika və İran var.

İspaniyanın sosial siyasət və ailə naziri Karlos İskerdo bildirib ki, bu növ istirahətlər yaşlı insanların aktiv həyatına, sağlam qocalmasına müsbət təsir edir. Son 13 ildə bu proqram üzrə 412 min madridli səyahət edib.

Bütün səyahətlərə sərfəli qiymətə gündə 3 dəfə yemək, 3 və 4 ulduzlu otellərdə qonaqlama, ekskursiya və daimi bələdçi xidmətləri daxildir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.