SİYASƏT


“Madyar Nemzet” nəşri Azərbaycan Prezidentinin bu ölkəyə səfərini geniş işıqlandırıb

“Madyar Nemzet” nəşri Azərbaycan Prezidentinin bu ölkəyə səfərini geniş işıqlandırıb

Budapeşt, 30 yanvar, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri baş tutub.

Bu səfər Macarıstan mətbuatında geniş işıqlandırılıb. Xüsusilə, “Madyar Nemzet” nəşri Buda qəsrindəki məşhur Karmelit monastırında Baş nazir Viktor Orbanın Azərbaycandan olan hörmətli qonağı qəbul etməsi barədə oxucularına məlumat verib.

Məlumatda deyilir ki, görüşdə dövlət başçıları Rusiya–Ukrayna müharibəsi nəticəsində yaranan iqtisadi və enerji böhranı şəraitində güclənən strateji tərəfdaşlığın vacibliyini müzakirə ediblər.

Məlumatda daha sonra deyilir ki, Azərbaycan Prezidenti, həmçinin macarıstanlı həmkarı Katalin Novak ilə görüşüb, görüş zamanı tərəflər iki dövlət arasında enerji əməkdaşlığının gələcəyini müzakirə ediblər. Qeyd olunur ki, Prezident Novak qonağı Layoş Koşut meydanında qarşılayıb, fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Nəşr, həmçinin Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında bu yaxınlarda baş tutan görüşü xatırladıb, həmin görüş zamanı tərəflər razılığa gəliblər ki, Azərbaycanda təbii qazın hasilatının artırılması xüsusilə Macarıstanın, ümumilikdə isə Mərkəzi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Görüşdə qeyd olunduğu kimi, bu, regionda infrastrukturun təkmilləşdirilməsini tələb edir, bunun üçün isə Avropa İttifaqının maliyyə dəstəyi lazımdır. “Madyar Nemzet” nəşrinin məlumatında qeyd olunduğu kimi, Peter Siyarto vurğulayıb ki, ağır enerji böhranı ilə əlaqədar olaraq Azərbaycanın Avropa üçün əhəmiyyəti artıb, eyni zamanda, Avropaya mavi yanacağın tədarükünün qısa və ortamüddətli perspektivdə diversifikasiyasına ən yaxşı şəkildə Cənubi Qafqazda hasil edilən qazın həcminin artırılması hesabına nail oluna bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.