MƏDƏNİYYƏT


Maestro Niyazinin xatirəsi yad olunub

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Niyazinin Fəxri Xiyabandakı məzarı və yeni inşa olunmuş abidəsi ziyarət edilib, önünə əklillər qoyulub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov, Xalq artisti, bəstəkar Azər Dadaşov, Əməkdar artist, dirijor Eyyub Quliyev və başqaları çıxış edərək dünya musiqi tarixində tutuduğu yeri və verdiyi töhfələr haqqında məlumat verib.

Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən videoçarx və kinofilmlərdən fraqmentlərlə müşayiət olunub.

Tədbirin bədii hissəsində Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, musiqişünas Sevinc İbrahimova, , gənc pianoçu Nəriman Əmiraslanov və

başqalarının ifasında Niyazinin və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Həmçinin, bu gün muzeydə “Açıq qapı” günü də təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.