CƏMİYYƏT


Mağazadan 31 min manat dəyərində mobil telefonlar oğurlayan şəxs polis tərəfindən saxlanılıb VİDEO

Bakı, 11 noyabr, AZƏRTAC

Nizami rayonunda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi tərəfindən mobil telefon və məişət əşyalarının satıldığı mağazadan oğurluq edilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xüsusi texniki mühafizə vasitələri ilə qorunan həmin mağazadan ötən gecə Baş İdarənin Mərkəzləşdirilmiş Mühafizə Mərkəzinə həyəcan siqnalı daxil olub. Dərhal ərazi üzrə rayon mühafizə idarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Obyektin giriş qapısının qırıldığını müəyyənləşdirən mühafizə polisləri oğurluqda şübhəli bilinən şəxsi “isti” izlərlə hadisə yerinin yaxınlığında saxlamağa nail olublar. Həmin şəxsin üzərinə baxış zamanı 13 ədəd ümumi dəyəri 31 min manat olan “iphone” markalı mobil telefon aşkarlanıb.

Mühafizə Polisləri tərəfindən həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə təhvil verilib.

Şöbədə araşdırma aparılan zaman onun Abşeron rayonunda yaşayan Zakir Fərəcov olduğu məlum olub. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.