CƏMİYYƏT
Mağazadan mobil telefon və pul oğurlayan şəxs yaxalanıb
Bakı, 17 iyun, AZƏRTAC
Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 16-na
keçən gecə Binəqədi rayonunun Xocəsən qəsəbəsindəki mağazaların birindən 504 manat dəyərində mobil telefon və 285 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev rayon polis idarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir gözəllik salonundan və bir ofisdən müvafiq olaraq, 1700 və 170 manat məbləğlərində pul, 250 manat dəyərində mobil telefon və qol saatı oğurlaması da müəyyənləşdirilib.
Hər iki faktla bağlı təhqiqat aparılır.