CƏMİYYƏT


Mağazadan oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini tutulub

Bakı, 27 oktyabr, AZƏRTAC

Abşeron rayonunda mağazaların birindən 500 manat məbləğində pul və 800 manat dəyərində noutbuk oğurlanması ilə əlaqədar polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Abşeron rayon sakini C.Qafarov Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.