CƏMİYYƏT


Mağazadan pul oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini tutulub

Bakı, 18 noyabr, AZƏRTAC

Nizami rayonunda oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki bu il yanvarın 22-də rayon ərazisindəki mağazaların birindən 2000 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş H.Gözəlov rayon polis idarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.