CƏMİYYƏT


Mağazalardan və avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 21 oktyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-dən 13-dək olan müddətdə rayondakı iki mağazadan pul və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Hüseynov və Qəbələ rayon sakini N.Ələkbərov saxlanılıblar.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də şəhər ərazisində “VAZ-2106” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Qasımov yaxalanıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.