ELM VƏ TƏHSİL


“Magistr” jurnalının 1-ci nömrəsi nəşr olunub

Bakı, 23 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” xüsusi buraxılışının 1‑ci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalı Mərkəzin Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.