ELM VƏ TƏHSİL


“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb

Bakı, 22 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 5-ci nömrəsini nəşr etdirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Bakalavrların nəzərinə çatdırılır ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan avqust ayında DİM-in internet saytında və “Magistr” jurnalının növbəti nömrəsində təqdim ediləcək.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq olar: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Jurnalın elektron versiyasını isə (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.