İQTİSADİYYAT


Magistral yolların kənarında sürücülər üçün istirahət yerləri qurulacaq

Bakı, 4 sentyabr, AZƏRTAC

Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, iş və istirahət rejimi ilə bağlı ölkə başçısının müvafiq fərmanı var: “Söhbət yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin taxoqraf cihazı ilə təmin olunmasından gedir. Hazırda bununla bağlı işlər görülür. 2011-ci ildə beynəlxalq yükdaşımalarda bu tətbiq edildiyindən, artıq bununla bağlı təcrübə var. Sürücülər həmin kartlarla təmin edilib və kartlar taxonet beynəlxalq şəbəkəsinə qoşulub. Hətta xarici ölkələrin sürücüləri də bu kartı bizdən əldə edir. Həmin təcrübə olduğu üçün ölkədaxili yük və sərnişindaşımalarda bu tətbiq olunacaq. Həmçinin magistral yolların kənarlarında istirahət üçün yerlər qurulacaq. Yəni ölkələrarası hərəkət edən sürücülər burada istirahət etməlidir. Bundan başqa, daxili yükdaşımada iştirak edən sürücülər də buradan istifadə edə biləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.