ELM VƏ TƏHSİL


Magistrantlar əsasən iqtisadiyyat və idarəetmə ixtisasları qrupunu seçiblər

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinə 2020/2021-ci tədris ilinin əvvəlinə magistratura səviyyəsi üzrə 9105 nəfər qəbul olub. Onların 8237-si dövlət, 868-i qeyri-dövlət ali təhsil müəssisələrində təhsil alıb.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2021” məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, magistrantlar daha çox iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna (3272 nəfər) üstünlük veriblər. İkinci yerdə texniki və texnoloji ixtisaslar qrupu (2096 nəfər), üçüncü yerdə təhsil ixtisasları qrupu (901 nəfər) gəlir. Humanitar və sosial ixtisaslar qrupunu isə 817 nəfər seçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.