ELM VƏ TƏHSİL


Magistrantlar kimya ixtisası üzrə dissertasiya işlərini uğurla müdafiə ediblər

Bakı, 12 iyun, AZƏRTAC

AMEA-nın Kataliz və Qeyri–üzvi Kimya İnstitutunda kimya ixtisasına dair “Nanomateriallar kimyası”, “Kimyəvi kinetika və kataliz”, “Qeyri-üzvi kimya” və “Fiziki kimya” ixtisaslaşmaları üzrə magistrlik dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşdırılmış Müdafiə Şurasının iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda Müdafiə Şurasının sədri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı müvafiq ixtisaslaşmalar üzrə 8 magistrin dissertasiya işini müdafiə edəcəyini diqqətə çatdırıb.

Sonra elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantları dissertasiya mövzuları üzrə əldə etdikləri elmi nəticələri şura üzvlərinin diqqətinə çatdırıblar və sualları cavablandırıblar. Onlara magistr dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

Kataliz və Qeyri–üzvi Kimya İnstitutunun magistrantları Gəray Əşirov, Nigar Kərimova, Neft-Kimya Prosesləri İnstitutunun magistrantı Rüfət Əsədzadə yüksək bal toplayaraq fərqlənmə diplomuna layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.