ELM VƏ TƏHSİL


Magistratura imtahanlarında iştirak etmək üçün 12 mindən çox bakalavr ərizəsini təsdiqlədib

Bakı, 11 fevral, AZƏRTAC

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu günün sonunadək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. Fevralın 11-i saat 17:55-ə olan məlumata əsasən, 12551 bakalavr ərizə doldurub və onlardan 12079-u öz ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş, eləcə də digər bakalavrlar elektron ərizələrini təsdiq edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.

Xatırladaq ki, bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə bu gün saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.