ELM VƏ TƏHSİL


Magistraturaların boş qalan yerlərinə ixtisas seçimi: 383 bakalavr ərizəsini təsdiq edib

Bakı, 10 avqust, AZƏRTAC 

2018/2019-cu tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, saat 10.30-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 374, rus bölməsi üzrə 9 bakalavr olmaqla, cəmi 383 bakalavr ixtisas seçimi ərizəsini təsdiq edib. “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisasın seçilməsi və təsdiqi avqustun 13-ü saat 23.59-da başa çatacaq.

Qeyd edək ki, ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.