ELM VƏ TƏHSİL


Magistraturaların boş qalan yerlərinə qəbul olunan bakalavrların qeydiyyatı davam edir

Bakı, 8 sentyabr, AZƏRTAC

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar sentyabrın 9-da saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

Bu gün saat 16:40-a olan məlumata əsasən, magistraturaya qəbul olunan bakalavrların 45 faizi qeydiyyatdan keçib.

Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.