ELM VƏ TƏHSİL


Magistraturanın boş qalan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başlanıb

Bakı, 15 avqust, AZƏRTAC

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların müvafiq təhsil müəssisələrində qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olunan bakalavrlar avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.