ELM VƏ TƏHSİL


Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak etmiş bakalavrların nəzərinə

Bakı, 13 mart, AZƏRTAC 

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak etmək imkanı veriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanın II mərhələsində onlar dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, müsabiqə zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

Qeyd edək ki, 40-66 intervalında (toplanıla biləcək maksimal bal 100) bal toplayan 414 (30-66 intervalında bal toplayan 1058) bakalavr birinci mərhələnin nəticəsinə qoyulan minimal bal tələbini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı toplaya bilməmişdir. Onlardan bir çoxu DİM-ə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş edib. Müraciətlər DİM-in Direktorlar Şurasının martın 12-də keçirilmiş iclasında şura üzvləri tərəfindən müzakirə olunub. İclasda gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün I mərhələdəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.