ELM VƏ TƏHSİL
Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanmışdır VİDEO
Bakı, 4 mart (AZƏRTAC). 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə bu il martın 2-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, bakalavrlar imtahanın nəticələri barədə məlumatı TQDK-nın rəsmi internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.
Hər bir bakalavr, həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab kartının qrafik təsviri ilə də tanış ola biləcəkdir.
İmtahanda iştirak etmək üçün 24 min 560 bakalavr qeydiyyatdan keçmişdir. Onlardan 1505 nəfər imtahana gəlməmiş, 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdiyi üçün imtahandan xaric olunmuşdur.
İmtahanda 23 min 47 nəfər iştirak etmişdir.
İmtahanda ən yüksək nəticə 97 bal olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]