ELM VƏ TƏHSİL


Magistraturaya qəbul imtahanlarına hazırlaşan gənclərə tövsiyə

Bakı, 11 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanlarına hazırlaşan gənclərə kömək məqsədilə fevralın 17-də ilk dəfə olaraq sınaq imtahanları keçirəcəkdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, imtahanın birinci mərhələsi üzrə keçiriləcək sınaq imtahanı respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda olacaqdır.

Sınaq imtahanına yazılış fevralın 6-dan başlanmış və artıq 6 mindən çox bakalavr qeydiyyatdan keçmişdir.

Həmin imtahana yazılmaq müddəti fevralın 14-də saat 10.00-da başa çatacaqdır.

Sınaq imtahanında iştirak etmək istəyənlər yalnız TQDK-nın internet saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bunun üçün ödəmə kartı əldə etmək lazımdır. Namizədlər “Azercell” və “Nar Mobile” nömrələrindən 7735 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaqdır.

Bundan əlavə, həmin kartları Netmoney və Golden Pay universal ödəmə kartları vasitəsilə ödəniş etməklə də almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.