ELM VƏ TƏHSİL


Magistraturaya qəbul üçün ixtisaslaşma seçiminin müddəti uzadılıb

Bakı, 14 iyun, AZƏRTAC 

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçiminin müddəti iyunun 20-si saat 10:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ixtisaslaşmaları seçib hələ təsdiqləməyən, eləcə də müsabiqəyə qatılmaq istəyən, lakin ixtisaslaşma seçimi etməyən bakalavrlara həmin müddətdə ərizələrini təsdiqləmələri tövsiyə olunur.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiqləmiş bakalavrlar buraxılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.