ELM VƏ TƏHSİL


Magistraturaya qəbul üçün test tapşırıq nümunələri təqdim edilib

Bakı, 28 noyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə informatika üzrə qəbul imtahanı ilə əlaqədar növbəti elmi-metodik seminar keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, seminarda 2019-2020-ci tədris ili üçün magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədilə “Magistr” jurnalının builki 2-ci nömrəsində dərc olunacaq informatika üzrə bilikləri yoxlayan test tapşırığı nümunələri müzakirə edilib.

Tapşırıq nümunələrini seminar iştirakçılarına magistratura üzrə sektorun məsləhətçisi Səbinə Zülfüqarlı təqdim edib. Seminar iştirakçıları test tapşırığı nümunələri ilə bağlı fikirlərini bildirib, bəzi tapşırıqların yeniləri ilə əvəz olunmasını məqsədəuyğun hesab ediblər. Müzakirə nəticəsində ekspertlər tərəfindən bəyənilmiş test tapşırığı nümunələrindən ibarət blok “Magistr” jurnalının builki 2-ci nömrəsində dərc olunaraq bakalavrlara təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.