ELM VƏ TƏHSİL


Magistraturaya qəbul üzrə sınaq imtahanının nəticələri açıqlanıb

Qeydiyyatdan keçmiş 1604 nəfərdən 41-i imtahana gəlməyib

Bakı, 5 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1604 nəfərdən 41-i imtahana gəlməyib. 1563 nəfərin imtahan nəticələri DİM-in internet saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.