ELM VƏ TƏHSİL


Magistraturaya sənəd qəbulu davam edir: 9434 bakalavr ərizəsini təsdiqləyib

Magistraturaya sənəd qəbulu davam edir: 9434 bakalavr ərizəsini təsdiqləyib

Bakı, 4 fevral, AZƏRTAC

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 24-dən başlayıb və fevralın 9-u saat 23:59-dək davam edəcək. Fevralın 4-ü saat 13:05-ə olan məlumata əsasən, 9540 bakalavr (Azərbaycan bölməsi - 8690; rus bölməsi – 850) ərizəsini təsdiq edib.

Sənəd qəbulunda iştirak etmək istəyənlərin DİM-in internet portalında “Şəxsi kabinet”i olmalıdır. Ərizə vermək üçün tələb olunan məbləğ “Şəxsi kabinet”indəki hesaba əlavə edilir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə Mərkəzin internet səhifəsində tanış olmaq mümkündür.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan fevralın 19-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.