ELM VƏ TƏHSİL


Magistrlər daha çox iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna üstünlük verirlər

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrini ötən il magistratura səviyyəsi üzrə 6094 nəfər bitirib.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, magistrlər daha çox iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna (1964 nəfər) üstünlük veriblər. İkinci yerdə texniki və texnoloji ixtisaslar qrupu (1153 nəfər), üçüncü yerdə humanitar və sosial ixtisaslar qrupu (824 nəfər) gəlir. Təhsil ixtisasları qrupunu isə 784 nəfər seçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.