İDMAN


Mahir Məmmədov yenidən FIDE-nin vitse-prezident seçilib

Bakı, 7 avqust, AZƏRTAC

Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib. Ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər reallaşıb.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, namizədlərin çıxışlarından sonra FIDE prezidenti və üç vitse-prezident postuna seçkilər keçirilib. Ən çox səs toplayan FIDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, hindistanlı dünya çempionu Vişvanatan Anand növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.