Mahirə İsmayılova: Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi dünyanın ən qabaqcıl klinikalarının səviyyəsində qurulmuş bir mərkəzdir

Naxçıvan, 26 yanvar, AZƏRTAC
Naxçıvanda ekstrakorporal mayalanma mərkəzinin yaradılması çox əhəmiyyətli məsələdir. Mərkəzi Klinikanın mütəxəssislərinin bu sahədə kifayət qədər təcrübəsi var, çünki biz 15 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstəririk. Biz Naxçıvanda bu sahədə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsi aparmaq və onlara bu sahədə kömək göstərmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosunun müxbirinə müsahibəsində Mərkəzi Klinikanın mama-ginekologiya şöbəsinin müdiri, ekstrakorporal mayalanma üzrə mütəxəssis, tibb elmləri namizədi Mahirə İsmayılova deyib.
Mahirə İsmayılova bildirib ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaraq sürətlə inkişaf edir. Bu inkişaf səhiyyə müəssisələrindən də yan keçməyib. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi ilə tanış olarkən buranın çox zəngin maddi-texniki bazaya malik olduğunu, ən müasir standartlara cavab verən avadanlıqlara təmin edildiyini gördük. Qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi dünyanın ən qabaqcıl klinikalarının səviyyəsində qurulmuş bir mərkəzdir. Burada endoskopik və açıq əməliyyatların aparılması üçün şərait mövcuddur. Bu mərkəzdə ekstrakorporal mayalanma şöbəsi və embrioloji laboratoriya var.
“Naxçıvanlı mütəxəssislər bir neçə aydır ki, Mərkəzi Klinikada ekstrakorporal mayalanma, embrioloji və ginekoloji sahələr üzrə təlimə başlayıblar. Biz buradakı mütəxəssislərlə mütəmadi olaraq təcrübə mübadiləsi aparacaq, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün lazımi kömək göstərəcəyik”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.04.2025 [16:55]
Zaqatalada 141 nəfər könüllü qan verib
- 21.04.2025 [15:07]
Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb VİDEO
- 21.04.2025 [14:46]
Laçında 100 ildən çox davamlılığı olan dam örtükləri istehsal edilir
- 21.04.2025 [14:17]
Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb VİDEO
- 21.04.2025 [14:16]