SİYASƏT


Mahmud Abbaszadə Müşkini: Heç bir kənar qüvvə İran ilə Azərbaycan arasındakı münasibətlərə zərər vurmaq imkanında deyil

Tehran, 6 may, AZƏRTAC

İran ilə Azərbaycan arasındakı münasibətlər qədim tarixi köklərə malikdir və heç bir kənar qüvvə bu münasibətlərə zərər vurmaq imkanında deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (parlamentin) nümayəndəsi, İran-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvü Mahmud Abbaszadə Müşkini deyib. O bildirib ki, İran Prezidenti İbrahim Rəisi qonşu dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişafını xarici siyasətin prioritet istiqaməti hesab edir. Azərbaycan İranın xarici siyasətində mühüm yer tutur və rəsmi Tehran Prezidentin müəyyən etdiyi siyasəti yürüdərək rəsmi Bakı ilə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam və inkişaf etdirmək istəyindədir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi İran üçün sevindirici haldır. Bir sıra İran şirkətləri işğaldan azad olunan ərazilərdə iqtisadi layihələrin həyata keçirilməsində iştirak edəcək. Bu fakt qarşılıqlı əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir.

İran parlamentinin üzvü qeyd edib ki, iki qonşu və dost ölkə arasındakı ticarət dövriyyəsinin həcmi hər il artır. Bu da iqtisadi əlaqələrin müvəqqəti deyil, daimi xarakter daşımasından xəbər verir. M.A.Müşkini nəzərə çatdırıb ki, həm Azərbaycan Prezidenti, həm də İran Prezidenti dövlətlərimiz arasındakı sərhədi dostluq və qardaşlıq sərhədi adlandırıblar. Hər iki dövlətin rəhbərinin bu mövqeyi münasibətlərin inkişaf mərhələsində olmasını sübut edir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.