İDMAN


Mahmud Qurbanov “Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyin olunub

Bakı, 12 iyun, AZƏRTAC

“Neftçi” futbol klubunun əvəzedici komandasına baş məşqçi təyinatı olub. Bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.

AZƏRTAC xəbər verir ki, 1996-1997-ci, 2004-2005-ci illərdə “Neftçi”də çıxış edən M.Qurbanov “Kəpəz”, "Şəmkir”, “Fulad” (İran), "Tavriya” (Ukrayna), “Xəzər-Lənkəran”, “İnter” və "Bakı” klublarında da oynayıb.

“Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxan M.Qurbanov 1 qol vurub.

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. UEFA-nın A kateqoriyalı məşqçisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.