İQTİSADİYYAT


“Mahmud Rəhimov” yük gəmisi Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq

Bakı, 11 oktyabr, AZƏRTAC 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) “Mahmud Rəhimov” quru yük gəmisi Azov-Qara-Aralıq dənizlərində istismar olunacaq.

AXDG –nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, gəmi Türkmənistandan yük götürərək Bolqarıstana doğru istiqamət alıb. Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçən gəmi oktyabrın 11-də Rostov limanına çatacaq. Burada müvafiq sənədləşmə işləri aparıldıqdan sonra Bolqarıstanın ən iri limanı olan “Burgas”a gedəcək.

Universal quru yük gəmisinin istismarına nəzarəti “AXDG” QSC-nin beynəlxalq sularda üzən digər gəmiləri kimi gəmiçiliyin Bakıdakı baş ofisi, texniki xidməti isə QSC-nin Türkiyə nümayəndəliyi həyata keçirəcək.

“Mahmud Rəhimov” gəmisinin daimi heyəti 16 nəfərdən ibarətdir. Dedveyti 4485 ton, yükgötürmə qabiliyyəti 4100 ton, sürəti 11 uzel, uzunluğu 117,5, eni 16,5 metr olan gəmi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xaricdə quru yükdaşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.

Qeyd olunub ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdən kənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Mahmud Rəhimov” gəmisinin istismarına başlanması ilə gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 14-ə çatıb. Onlardan 12-i quru yük, ikisi tankerdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.