SİYASƏT


Mahmud Vaezi: Heç bir qüvvə İran ilə Azərbaycanın dostluq münasibətlərini poza bilməz

Tehran, 10 oktyabr AZƏRTAC.

İran və Azərbaycan xalqları ortaq tarixi keçmişə, adət-ənənələrə və dini dəyərlərə malikdirlər. Bu faktlar dövlətlərin yaxın münasibətlər qurmasına böyük zəmin yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. O bildirib ki, iki ölkənin prezidentləri son beş ildə 6 dəfə görüşüb və əlaqələrin inkişafını müzakirə ediblər. Bu görüşlər hər iki prezidentin siyasi iradəsinin yüksək olduğunu göstərir.

Mahmud Vaezi nəzərə çatdırıb ki, hazırda ölkələrimiz arasında qarşılıqlı əlaqələr uğurla inkişaf edir. Bu əməkdaşlıq iqtisadi sahədə özünü daha çox göstərir. İran və Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edirlər. Bu layihə təkcə İran ilə Azərbaycanı deyil, Asiya ilə Avropanı da birləşdirəcək.

Administrasiya rəhbəri bildirib ki, ölkələrimizin iqtisadi potensialı böyükdür və əlaqələrin daha da genişlənməsinə imkan verir. İran Azərbaycan ilə bütün sahələr üzrə əlaqələrin genişlənməsi üçün heç bir maneə görmür.

"Bizim münasibətlərimiz dostluğa və qardaşlığa əsaslanaraq səmimi xarakter daşıyır", - deyən Mahmud Vaezi vurğulayıb ki, heç bir qüvvə bu qardaşlıq münasibətlərini poza bilməz.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.