CƏMİYYƏT


Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxs cərimələnib

Bakı, 21 sentyabr, AZƏRTAC 

Sentyabrın 21-də Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunana Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxsi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, araşdırma zamanı təqsirkar şəxsin Biləsuvar rayonunun Xırmandalı kənd sakini Elçin Əhədov olduğu müəyyənləşib. Faktla bağlı E.Əhədov barəsində akt, protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimələnib. Ondan ov tüfəngi, patron və 4 gərəf quşu götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.