MƏDƏNİYYƏT


Mahnı Teatrı yeni mövsümi möhtəşəm konsert proqramı ilə açacaq

Bakı, 4 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni teatr mövsümünü açıq elan edəcək. Həmin gün teatrın musiqi kollektivinin repertuarında möhtəşəm konsert proqramı təqdim ediləcək.

Bu sözləri AZƏRTAC-a teatrın direktor müavini İlqar Musayev deyib. “Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılmış estrada-simfonik orkestrinin müşayiəti ilə reallaşan konsertdə respublikanın tanınmış ifaçıları tərəfindən bir-birindən parlaq mahnılar səsləndiriləcək. Bundan başqa, sentyabrın 22-də teatrda növbəti konsert olacaq. Konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq”,- deyə İ. Musayev söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.