MƏDƏNİYYƏT


Mahnı Teatrında Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü ilə əlaqədar tədbir keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, aparıcısı Lalə Əlimuxtarova olan tədbirdə 3 dekabr -Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününün tarixindən danışılıb, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı göstərməyin vacibliyi qeyd olunub. Vurğulanıb ki, bu yöndə müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqətdə saxlanılır.

Sonra Əməkdar artistlər Elza Seyidcahan və Səbinə İlyasova, tanınmış müğənnilər Aynur Dadaşova, Dana Durdana, Roza Zərgərli, Tərlan Novxanı, Tuncay, Orxan Əlizadə və rəqqasə Fatimənin iştirakı ilə konsert proqramı təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.