Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Makedoniya Respublikasının Prezidenti George İvanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli dostluq əlaqələrindən məmnunluğumu ifadə etmək istəyirəm. Ən yüksək səviyyədə siyasi dialoq ölkələrimizin gələcək inkişafının və əməkdaşlığının xüsusən iqtisadiyyat, enerji, mədəniyyət, elm və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə dərinləşməsini təmin edən əsas amillərdir. Əminəm ki, əməkdaşlığımız və əldə olunmuş siyasi əlaqələrimiz qarşıdan gələn dövrdə birgə səylərimizlə daha sürətlə inkişaf edəcəkdir.

Sizə beynəlxalq aləmdə xüsusi yeri olan, siyasi və hökumətlər səviyyəsində qərarların qəbul edilməsində uzunmüddətli tərəfdaş olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə və səylərinə görə minnətdarlığımı bildirirəm. Bu beynəlxalq mərkəzin fəaliyyətini və rolunu çox yüksək qiymətləndirir, onun regionda əməkdaşlığın və dialoqun təşviqinə yönələn görüşlərində iştirak etməkdən məmnunluğumu ifadə edirəm.

Cənab Prezident, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

George İvanov

Makedoniya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin