Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Makedoniya Respublikasının Prezidenti George İvanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan təbrik etməkdən böyük şərəf hissi duyuram. Ölkənizə səmimi qəlbdən firavanlıq, Azərbaycan xalqına yüksək rifah arzulayıram.

Sizinlə görüşlərimizi, o cümlədən bu ilin mart ayında Bakıda səmimi, açıq və dostluq şəraitində keçirilən son görüşümüzü böyük məmnunluqla xatırlayıram. Sizi yaxın gələcəkdə Makedoniya Respublikasında böyük məmnunluq hissi ilə qarşılayacağıma ümid edirəm. Bu əlamətdar gündə dost ölkələrimiz arasında mövcud olan əlaqələrin qarşıdan gələn dövrdə daha uğurla inkişaf edəcəyinə qəti inamımı ifadə edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

 

George İvanov

Makedoniya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin