CƏMİYYƏT
Makiyajın dəriyə zərərli təsiri
Bakı, 13 aprel, AZƏRTAC
Araşdırmalar göstərir ki, kosmetik məhsulların tərkibində 170 kimyəvi maddə və ağır metallar var. Təbii ki, bu, insan sağlamlığına, əsasən də dəriyə çox ciddi fəsadlar verə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Makiyajın ən böyük zərəri dərinin nəfəs almasına mane olmasıdır. Elə bunun nəticədir ki, bəzi xanımların üzündə çivzələr əmələ gəlir. Problemlər daha çox yağlı dərilərdə olur. Həmin dərilərdə məsamələr açıq olduğundan ətraf mühitdə olan tozlar məsamələrə girib müəyyən fəsadlar törədə bilər”.
Onun dediyinə görə, makiyajın üzə ən böyük təsiri onu uzun müddət təmizləmədikdə yaranır. Onun qarşısını almaq üçün yatmazdan əvvəl mütləq üzü təmizləyici vasitələrlə makiyajdan azad etmək lazımdır.
Kosmetik vasitələrin düzgün seçilməsinə də xüsusi diqqət yetirmək vacibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]