“Makkabi” (Təl-Əviv) və “Zirə” klublarının start heyətləri bəlli olub
AzerTAg.az
Bakı, 28 iyul, AZƏRTAC
İsraildə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində üz-üzə gələcək “Makkabi” (Təl-Əviv) və “Zirə” klublarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Təl-Əvivdəki "Blumfild" stadionunda oynanılacaq matçda “Makkabi”nin start heyətində Daniel Perets, Enrix Saborit, İdan Naxmias, Yoris van Overeem, Qavriel Kaniçovski, Brendli Kuvas, Şeran Yeyni, Eyal Qolasa, Andre Geraldes, Matan Hozez və Corce Yovanoviç yer alıblar.
“Zirə”nin heyətində isə meydana Mehdi Cənnətov, İlkin Muradov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, Hamidu Keyta, Slavik Alxasov, Hacıağa Hacılı, Nemanya Ancelkoviç, Qismət Alıyev, Dmitrios Çantakias və Coşqun Diniyev çıxacaqlar.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Komandalar arasında Bakıda keçirilən ilk oyunda İsrail təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Xəbərin mətnində orfoqrafik səhv var