İDMAN


“Maklaren” 2019-cu il mövsümü üçün bolidin təqdimat tarixini elan edib

Bakı, 4 yanvar, AZƏRTAC

Formula 1 komandası 2019-cu il çempionatı üçün bolidi fevralın 14-də - Müqəddəs Valentin Günündə təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, “Maklaren” bu münasibətlə öz “Tvitter” səhifəsində ürək forması yaradan iki dəbilqə şəkli yerləşdirib.

Şəklin altında bu sözlər yazılıb: “Maşınların bəziləri qırmızı, digərləri göy rəngdədir. Müqəddəs Valentin Günündə biz öz maşınlarımızı sizə göstərəcəyik”.

Xatırladaq ki, növbəti çempionatda bu komandanın pilotları Lando Norris və Karlos Sayns olacaq.

2019-cu ildə Formula 1 yarışlarının əlamətdar tarixləri hələlik bunlardır:

12 fevral – “Reno” bolidinin təqdimatı,

13 fevral – “Fors İndia” bolidinin təqdimatı,

14 fevral – “Maklaren” bolidinin təqdimatı,

15 fevral – “Ferrari” bolidinin təqdimatı,

18-21 fevral – mövsümqabağı birinci testlər,

26 fevral – 1 mart mövsümqabağı ikinci testlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.