İDMAN


“Maklaren”in rəhbəri Sebastyan Fettelin karyerasını bitirəcəyini düşünür

Bakı, 16 may, AZƏRTAC

Formula 1 komandası “Maklaren”in rəhbəri Zak Braun dördqat dünya çempionu Sebastyan Fettelin ilin sonunda karyerasını başa vuracağını ehtimal edib.

AZƏRTAC xəbər verir ki, o, “Ferrari”ni tərk edən pilota “Reno”ya keçməyə məsləhət görüb: “Sebastyan ətrafına boylansa, seçiminin elə də çox olmayacağını görəcək. Onun “Mercedes”, “Red Bull” və “Maklaren”ə keçmək imkanı yoxdur. Sual yarana bilər ki, Sebastyan çempion tituluna iddiası olmayan komandaya keçərmi? Amma məsələn, “Reno” inkişafa meylli əla komandadır. Mənə elə gəlir ki, Sebastyan gələcək karyerasına əhəmiyyət verməyəcəyi halda belə komandalardan birinə keçə bilər. Əks-təqdirdə çox güman ki, Fettel karyerasını başa vuracaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.