İDMAN


Makqreqor Nurməhəmmədovla döyüşdən 100milyon dollar qazana bilər

Bakı, 5 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor UFC-nin rusiyalı qalibi Həbib Nurməhəmmədovla döyüşdən 100 milyon dollar gəlir əldə edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “TMZ” xəbər portalına UFC-nin prezidenti Deyna Uayt bildirib.

İrlandiyalının bu döyüşdən 100 milyon dollar qazana biləcəyi barədə suala cavabında UFC-nin prezidenti bildirib: “Əlbəttə, qazana bilər, Makqreqorun “PPV” (pay-per-view sistemi üzrə yayım) göstəricilərinə diqqət yetirin. O, bütün zamanların ən böyük “PPV” göstəricilərinə sahib olan biridir”.

Onun sözlərinə görə, irlandiyalının rusiyalı ilə döyüşdən Meyvezerlə qarşılaşmadan qazandığından daha çox gəlir əldə etmə şansı var.

D.Uayt hesab edir ki, K.Makqreqor və H.Nurməhəmmədovun görüşünün “pay-per-view” sistemi üzrə yayımı 2,6-3 milyon dəfə alınacaq.

Xatırladaq ki, 2017-ci il avqustun 27-də Las-Veqasda Konor Makqreqor və Floyd Meyvezer arasında boks qaydaları üzərində döyüş keçirilmişdi. Döyüşün 10-cu raundunda texniki nokautla F.Meyvezer qələbə qazanmışdı. Bu döyüşə görə F.Meyvezer 275 milyon dollar, K.Makqreqor isə 85 milyon dollar qazanmışdı. “Showtime” məlumatına əsasən, döyüşün “pay-per-view” sistemi üzrə yayımı 4,3 milyon dəfə alınmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.