İDMAN


Makqreqor revanş üçün Nurməhəmmədova 15 milyon dollar təklif edib

Bakı, 16 oktyabr, AZƏRTAC

Rusiyalı qarışıq üslub döyüşçüsü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşündən imtina edib.

AZƏRTAC “Sport-express” nəşrinə istinadla xəbər verir ki, bunu rusiyalı idmançının əmisi Aleks Nurməhəmmədov deyib. “O, Həbib üçün maraqlı deyil. Həbib heç bir pul müqabilində onunla döyüşə çıxmayacaq. Mən bilirəm ki, onlar Həbibi revanşa çağırır və razılaşacağı təqdirdə 15 milyon dollar təklif edirlər. Qoy Konor növbəyə dursun, başqaları ilə döyüşsün. Həbib isə Ferqüsonla döyüşmək istəyir və sonra karyerasını başa vurmağı düşünür”, - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 6-da Las-Veqas şəhərində Nurməhəmmədov Makqreqor üzərində qələbə qazanaraq yüngül çəkidə UFC titulunu qoruyub.

Döyüş qurtardıqdan dərhal sonra baş dava-dalaş baş verib. Hazırda Nevada ştatının Atletika Komissiyası insidenti təhqiq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.