İDMAN


Maks Ferstappen Formula 1 Fransa Qran-Prisinin qalibi olub

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 20-də Formula 1 Fransa Qran-Prisinin qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Pol Rikar avtodromunda təşkil olunan mövsümün yeddinci yarışında “Red Bull”un pilotu Maks Ferstappen birinci olub. İlk üçlüyü “Mercedes”in pilotu Luis Hamilton və “Red Bull”un üzvü Serxio Peres tamamlayıb.

M.Ferstappen cari mövsüm üçüncü, karyerasında isə 13-cü qələbəsini qazanıb.

Pilotların siyahısına 131 xalla M.Ferstappen başçılıq edir. L.Hamilton 119 xalla ikinci, S.Peres isə 84 xalla üçüncü pillədə yer alıb.

Konstruktorlar kubokunda "Red Bull" 215 xalla birincidir. Hesabında 178 xal olan "Mercedes" ikinci, "McLaren" isə 110 xalla üçüncü yerdə qərarlaşıb. "Red Bull" komandası ardıcıl 3 yarışda qələbə qazanıb.

Növbəti yarış iyunun 27-də Avstriyada təşkil olunacaq.

Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.