İDMAN


Maks Ferstappen Formula-1-də 36 yaşına qədər çıxış etmək niyyətindədir

Bakı, 19 avqust, AZƏRTAC 

Maks Ferstappen Formula 1-də 17 yaşında debüt edərək dünya çempionatı tarixində ən gənc pilot olub. Lakin artıq beşinci mövsümdür ki, gənc nəslin ən istedadlı nümayəndələrindən biri adını qazanıb.

AZƏRTAC xəbər verir ki, pilot bu yaxınlarda karyerasını neçə yaşında bitirmək niyyətində olduğunu açıqlayıb.

O, Britaniyanın “Motorsport Magazine” jurnalına müsahibəsində deyib: “İndi 21 yaşındayam. Mən Formula 1-də daha 15 il çıxış etməyə ümid bəsləyirəm. Bəli, 36 yaşına qədər. Xatırlatmaq istəyirəm ki, mən çempionatda 17 yaşında, yəni digər pilotlarla müqayisədə daha tez debüt etmişəm. Düşünürəm ki, 36 yaşına çatanda çox şey rəqabətə nə dərəcədə davamlı olacağımdan asılı olacaq. Əgər əvvəlki kimi sükan arxasında oturub qələbə və podium uğrunda mübarizə apara bilsəm, nə üçün də olmasın.

Əlbəttə, mən autsayder olmaq niyyətində deyiləm. Qələbə və podiumlardan sonra, 36 yaşım olanda təkcə çempionatda qalmaq naminə digər pilotların yedəyində getmək niyyətində deyiləm.

Xatırladım ki, mən çox sürətlə inkişaf etdim, kartinqdən sonra Formula 3-də yalnız bir il iştirak etdim, sonra Formula 1-ə keçdim. Düşünürəm ki, Formula 1-də müəyyən xətalara yol verdim, hərçənd gənclərin kateqoriyasında çıxış edərkən də müəyyən xətalara yol vermişdim. Lakin mətbuat belə məqamları o qədər də ciddi izləmir. Lakin mən gənclər seriyasında qalmaqdansa, Formula 1-də səhvlər etməyə üstünlük verirəm.

Mən Formula 1-dən sonra hansı işlə məşğul olacağımı bilirəm. Mən hər hansı özəl trasda sürətlə maşın sürüb bundan zövq almaq istəyirəm. Bu, Formula 1 maşını olmaya da bilər. İstəyirəm ki, nə rəqibim, nə də təzyiq olsun. Sadəcə, bundan zövq almaq istəyirəm. İstəsəm, 10 dövrə vurum, 10 dövrə vurum, istəsəm, trasda çox vaxt keçirim, bunu edim. Bax bununla məşğul olmaq istərdim”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.