İDMAN


Maks Ferstappen Formula 1-in 70-ci ildönümü Qran-Prisinin qalibi olub

Bakı, 9 avqust, AZƏRTAC

“Red Bull”un pilotu Maks Ferstappen Formula 1-in 70-ci ildönümü Qran-Prisinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, niderlandlı sürücü mövsümdə ilk qələbəsini Böyük Britaniyadakı Silverstoun avtodromunda keçirilən yarışda qazanıb.

Əlli iki dövrəlik mübarizədə ikinci yeri “Mercedes” pilotu Luis Hamilton tutub. Üçüncü yeri isə britaniyalı sürücünün komanda yoldaşı Valtteri Bottas əldə edib.

Pilotların siyahısına 107 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 77 xalla ikinci, V.Bottas isə 73 xalla üçüncü pillədə qərarlaşıblar.

Növbəti yarış avqustun 16-da yenidən İspaniyada təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.