İDMAN


Maks Ferstappen: Ümid edirəm ki, yeni mövsümdə hər yarışdan sonra fəxri kürsüyə qalxacağıq

Bakı, 12 fevral, AZƏRTAC

“Red Bull”un pilotu Maks Ferstappen qarşıdakı mövsümdə komandasının şanslarından danışıb.

AZƏRTAC xəbər verir ki, niderlandlı pilot hər Qran-Pridə fəxri kürsüdə yer alacaqlarına ümid etdiyini bildirib.

“İndi rəqiblərlə müqayisədə hansı vəziyyətdə olduğumuzu söyləmək çətindir. Amma biz inkişaf üçün əlimizdən gələni edirik. “Red Bull” doğru yoldadır. Ümid edirəm ki, yeni mövsümdə hər yarışdan sonra fəxri kürsüyə qalxacağıq. Çünki ötən mövsümün sonlarında rəqabətədavamlı görünürdük. “Mercedes” və “Ferrari” bizdən öndədir, amma onlara yaxınlaşırıq. Lakin bilmək lazımdır ki, üçüncülüyə iddialı rəqiblərimiz hazırda hansı səviyyədədir”, - M.Ferstappen əlavə edib.

Qeyd edək ki, Formula 1-in yeni mövsümünə martın 15-də Avstraliyada start veriləcək. Azərbaycan Qran-Prisi isə iyunun 5-7-də təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.