İDMAN
Maksim Medvedev: Əldə etdiyimiz nəticə ilə belə təxribatlara layiqli cavabımızı verdik
Bakı, 5 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Təbii ki, futbolda belə çirkin hadisələrin baş verməsini istəməzdik. Oyuna çox yaxşı ab-hava ilə çıxmışdıq. Belə hadisələr istər-istəməz komandanın əhval-ruhiyyəsinə təsir edir. Buna baxmayaraq, özümüzü ələ almağı bacardıq və hadisədən sonra iki dəfə də fərqləndik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Qarabağ” klubunun futbolçusu Maksim Medvedev deyib. “Düşünürəm ki, Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazanmaqla belə təxribatlara layiqli cavabımızı verdik. Lüksemburqda bizdən üzr istədilər. Oyunda hər hansı bir hadisənin yaşanmayacağına söz verdilər. Biz ona görə, matça davam etdik. Burada Lüksemburqu günahlandıra bilmərik, bu, mənfur düşmənlərimizin çirkin əməlidir”, -deyə futbolçumuz vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]