İDMAN


Maksim Medvedev: Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək və yaxşı nəticə qazanaq

Bakı, 4 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

“Arsenal” həm fiziki, həm texniki, həm də sürət baxımından güclü klubdur. Ona görə də bu cür çətin oyuna hazır olmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Maksim Medved UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Arsenal” ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında bildirib.

M.Medvedev deyib: “Biz Azərbaycan çempionatında oynayırıq, il ərzində bu cür oyunlar az olur. Belə qarşılaşmalar tez-tez olsaydı, daha asan olardı. Biz İngiltərənın böyük tarixə malik klubuna qarşı mübarizə aparacağıq. Özümüzü bu cür sürətli və texnikalı rəqibə qarşı sınamaq istəyirik. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək və baş məşqçinin tapşırıqlarını yerinə yetirib, yaxşı nəticə qazanaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.