İQTİSADİYYAT


Maksim Oreşkin: “QAZ” avtomobil zavodunun inşası müddətində 1000-dək iş yeri yaradılacaq VİDEO

Bakı, 9 fevral, Elvin Camalov, AZƏRTAC

Hacıqabul Sənaye Məhəlləsindəki “QAZ” avtomobil zavodunun tikintisi müddətində 1000-dək iş yeri yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin jurnalistlərə müsahibəsində deyib.

“Zavodun tikintisi layihəsi, Rusiya ilə Azərbaycan arasındakı digər layihələr kimi hər iki ölkəyə xeyir gətirir. Bu zavodun inşası müddətində minə yaxın iş yeri yaradılacaq. Avtomobillərin bəzi hissələrinin Rusiyada istehsal olunacağını nəzərə alsaq, bu əlavə məşğulluq, nəticədə Rusiya iqtisadiyyatının əlavə inkişafı deməkdir”, - deyə M.Oreşkin vurğulayıb.

Nazir qeyd edib ki, Rusiya-Azərbaycan birgə əməkdaşlığı hər iki ölkəyə daha çox iş yeri yaratmağa, yüksək əməkhaqqı təmin etməyə və insanların rifahını daha da yaxşılaşdırmağa imkan yaradır: “QAZ” avtomobil zavodunun tikintisi Rusiya-Azərbaycan əməkdaşlığının nəticəsi olan çoxsaylı layihələrdən biridir. Hazırda ölkələrimiz çox aktiv əməkdaşlıq edir. Artıq real nəticələr əldə olunub. Ümid edirik ki, bu zavodun istehsal etdiyi avtomobillər vətəndaşların həyat keyfiyyətini yüksəltməyə dəstək olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.